×

Xəbərlər

Xəbərlər 02 Mar 2022
UFAZ-da qadınların elmdə iştirakı ilə bağlı konfrans keçiriləcək

9 mart 2022-ci il tarixində Azərbaycan-Fransız Universiteti 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azerbaijani Women in Science (AWiS) Assosiasiyası və Fransanın Azərbaycandakı səfirliyi ilə birgə təşkil etdiyi “Ali Təhsil, Tədqiqat və İnnovasiyalar üzrə Qlobal Avropada Qadınlar Elmdə” panel müzakirələr keçiriləcək. Tədbir 8-9 Mart tarixlərində Fransanın Avropa İttifaqının sədrliyi çərçivəsində və Fransanın Ali Təhsil, Tədqiqat və İnnovasiyalar Nazirliyi, Xarici İşlər Nazirliyi, İnkişaf üçün Tədqiqat İnstitutu və Avropa Komissiyasının təşkilatçılığı ilə Fransada baş tutacaq “Ali Təhsil, Tədqiqat və İnnovasiyalar üzrə Qlobal Avropa” Marsel Konfransına paralel olaraq keçiriləcək.

Panel müzakirələrinin məqsədi həm Fransada, həm də Azərbaycanda Avropa əməkdaşlığı kontekstində Ali Təhsil, Tədqiqat və İnnovasiya sahəsində qadınların rolunu vurğulamaqdır.


Paylaş