Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) professor-müəllim heyyəti və Azİİ e-Kitab Evinin oxucuları üçün “Data Turkey” məlumat bazasının resurslarına giriş imkanları əldə olunub. 2022-ci il mart ayının 15-dək Türkiyənin bir çox dövlət və özəl qurumları tərəfindən hazırlanan Makroiqtisadi, Bankçılıq, Real sector, Dövlət maliyyəsi, Sosial və Regional statistika və digər çoxsaylı mənbələri özündə birləşdirən “DataTurkey” məlumat bazası ADNSU-nun professor-müəllim heyyəti və Azİİ e-Kitab Evinin oxucuları üçün açıq olacaq.
Müntəzəm olaraq yenilənən “DataTurkey”in tətbiqi sayəsində bir çox müxtəlif qurum və təşkilatların məlumat mənbələrini tək platformada əldə etmək, məlumatları rahatlıqla idarə etmək, statistik və dinamik hesabat hazırlamaq, zaman seriyası və ya panel məlumat cədvəli yaratmaq, göstəriciləri qrafiklərdə əks etdirmək, müəyyən edilmiş cədvəl və qrafikləri müxtəlif formatlarda yükləmək, istifadə etmək, müqayisəli cədvəllər yaratmaq mümkündür.
Sınaq müddətində Data Turkey məlumat bazasının resuslarına https://datatr.net/login linki vasitəsilə daxil olmaq mümkündür. Link həmçinin Azİİ e-Kitab Evinin səhifəsində də paylaşılır.Əlavə məlumat almaq istəyənlər library@asoiu.edu.az ünvanına yaza bilər və yaxud Kitab Evinə müraciət edə bilərlər.
Verilmiş video linkdən də istifadə edə bilərsiniz; https://www.youtube.com/watch?v=5535y9TTY8o
DataTurkey web adresi : https://dataturkey.com.tr