×

Xəbərlər

Xəbərlər 12 Mar 2022
UFAZ-da proqramlaşdırma üzrə keçirilən “Hackathon” yarışması başa çatıb

Martın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində faəliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) tələbələr arasında təşkil olunan “#UFAZHackathon2022” yarışmasının mükafatlabdırma mərasimi keçirilib.

Tədbirdə UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov, Hakaton elmi komitəsinin rəhbəri Samer El Zant, Tabaterra şirkətinin nümayəndəsi Tufan Kan, Aqrar İnnovasiya mərkəzinin nümayəndəsi Nigar Xıdırova, Azintelekom şirkətinin təmsilçisi Heydər Şükürov tələbələr və media nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları çıxış edərək, tələbələrin yarışda göstərdikləri bilik və bacarıqları yüksək qiymətləndirib, onlara müvəffəqiyyət arzu ediblər.

Sonra I, II və III yer tutan qalib komandalara mükafatlar təqdim edilib. Qalib komandalar (Perihelion – 1-ci yer, Movement – 2-ci yer və Enigma – 3-cü yer) 1-ci yer 3500 AZN, 2-ci yer 2500 AZN və 3-cü yer 1500 AZN dəyərində pul mükafatı və bundan əlavə sponsorların xüsusi mükafatlarını qazanıblar.

Qeyd edək ki, kənd təsərrüfatı, texnologiya, ətraf mühit, maliyyə, səhiyyə və su təsərrüfatı sahələrinə aid tapşırıqların həllinə həsr olunan “Hackathon”da qeydiyyatdan keçın 49 komandadan 28-i yarışda iştirak edib. 2 gün ərzində 3 nəfərdən ibarət komanda şəklində iştirakçılar müxtəlif şirkətlərdən dəvət olunmuş mentorların da köməyi ilə verilən mövzulara uyğun proqramlaşdırma tapşırıqlarını icra ediblər.  Yarışın sonunda 24 komanda münsiflər heyəti qarşısında öz nəticələrini təqdim edib və onlar tərəfindən qiymətləndirilib. “UFAZHackathon2022” yarışması “PAŞA Bank”, Tabaterra, Kibrit Tech, Azintelecom, Azercosmos və Aqrar İnnovasiya Mərkəzinin dəstəyi ilə həyata keçirilib.


Paylaş