×

Xəbərlər

Xəbərlər 30 Mar 2022
ADNSU-nun müəllimi İspaniyanın Alkala Universitetində tədris aparıb

Martın  14-18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Xarici dillər” kafedrasının müəllimi Gülşən Əliyeva Erasmus+ proqramı çərçivəsində İspaniyanın Alkala Universitetində English- II (Advanced) fənnini tədris edib.

İşgüzar səfər zamanı G.Əliyeva müxtəlif metodlardan istifadə edərək, fərqli tapşırıqlar vasitəsilə tələbələrin dinləmə, danışıq, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi yönündə tədris aparıb. Tədris prosesində ADNSU-da 2022-ci ildə istifadəyə başlanılan yeni dərsliklərdən və yeni tədris materiallarından geniş istifadə edib.

Bundan əlavə, “Təhsil və tərcümə” fakültəsində işləyən müəllimlərlə tədrisdə yeni üsullar, qiymətləndirmə, aralıq (midterm) və yekun (final) imtahan tapşırıqlarının hazırlanması, tələbələrin sərbəst və qrup şəklində təqdimat və layihə hazırlama bacarıqlarının inkişaf etirilməsi istiqamətində ətraflı müzakirələr aparılıb.

Qeyd edək ki, English- II (Advanced) fənninin tədrisi Erasmus+ proqramı çərçivəsində İspaniyanın Alkala Universiteti ilə aparılmış işlərin nəticəsi olaraq həmin universitetin “Təhsil və tərcümə” fakültəsinin I kurs tələbələri (qrup A və qrup B) üçün aparılıb. Alkala Universiteti beynəlxalq statuslu ali təhsil müəssisəsi olduğu üçün qruplarda müxtəlif ölkələrdən (məs: İspaniya, Fransa, Rumıniya, Argentina, Polşa, Portuqaliya, Ukrayna, Çin və s.) tələbələr iştirak edib.


Paylaş