×

Xəbərlər

Xəbərlər 31 Mar 2022
Azİİ E-Kitab Evində 31 Mart azərbaycanlıların soyqırımına həsr olunmuş sərgi keçirilib

  Martın 30-da Azİİ Elektron Kitab Evində 31 Mart – Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş kitab sərgisi təşkil edilib.

  Sərgidə ermənilərin Azərbaycan torpaqlarında törətdikləri cinayətləri, azərbaycanlıların soyqırıma məruz qalmalarını əks etdirən azərbaycan, rus, ingilis dillərində olan kitablar, dövri mətbuat və jurnallar nümayiş olunub. Ümumilikdə sərgidə 59 adda material yer alıb.

Sərgidə eyni zamanda “Azərbaycanlıların soyqırımı – Tarixin qanlı salnaməsi”, M.Səid Ordubadinin “Qanlı illər”, Əli Həsənovun “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasəti”, Cəlal Əliyev və akademik Budaq Budaqovun “Türklər, azərbaycanlılar, ermənilər - tarixi həqiqətin soyqırımı” kitabları oxucuların geniş marağına səbəb olub.


Paylaş