×

Xəbərlər

Xəbərlər 04 Apr 2022
“Davamlı inkişaf üçün mühəndislik təhsilində qızların iştirakının artırılması” layihəsində ADNSU tələbələri sertifikat alıblar

UNESCO-nun dəstəyilə Azərbaycan Texniki Universitetinin (AzTU) icra etdiyi “Davamlı inkişaf üçün mühəndislik təhsilində qızların iştirakının artırılması” layihəsi başa çatıb.

“Tələbələrin karyera gözləntiləri” mövzusuna həsr olunan tədbirdə AzTU-nun tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli layihə üzrə görülmüş işlərin əhəmiyyətindən danışıb, əldə olunan nəticələri təqdirəlayiq hesab edib.

Daha sonra Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Peşə təhsili üzrə koordinatoru Zəhra Əmrahova “Dövlət-özəl sektor əməkdaşlığı, karyera mərkəzlərinin rolu” mövzusunda geniş təqdimatla çıxış edib. AzTU-nun hüquqşünası Pərvanə Allahverdiyeva isə “Əmək hüquqlarımızı bilək!”, layihələr və mübadilə proqramları üzrə baş mütəxəssis Mətanət Paşayeva isə “Mühəndislikdə məsləhət xidmətləri üzrə özünüməşğulluq: Çağırışlar və imkanlar” mövzusunda təqdimatla çıxış edib. 

Qeyd edək ki, tədbirdə Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Bakı Mühəndislik Universiteti və Bakı Ali Neft Məktəbində təhsil alan tələbə qızlar iştirak edib.

Layihəyə digər universitet tələbələri ilə yanaşı, ADNSU-nun 15 tələbəsi qatılıb və hər birisi sertifikatla mükafatlandırılıb. Həmçinin, layihənin uğurla icra edilməsində yaxından iştirak edən universitet əməkdaşları da təşəkkürnamə ilə təltif olunublar.


Paylaş