×

Xəbərlər

Xəbərlər 04 Apr 2022
ADNSU-da doktorantlar və dissertantlarla növbəti dəfə görüş keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) doktorantlar və dissertantlarla görüş keçirilib.

Tədbirdə ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova çıxış edərək gənclərə elmi potensiallarını inkişaf etdirməyin yollarından danışıb. “Elm günü”nə təsadüf edən görüşdə cəmiyyətin inkişafında elmin əhəmiyyətini  vurğulayan professor L.Qardaşaova bildirib ki, elmi tədqiqat universiteti kimi, ADNSU-nun gələcək uğurları hazırkı doktorant və dissertantlardan çox asılıdır. Odur ki, hər bir gənc elmi faəliyyətində məsuliyyətli olmalı, nəinki üzərinə düşən işi yüksək səviyyədə icra etməli, həm də özündən sonrakı nəsilə tövsiyyə verməyi bacarmalıdır.

ADNSU-nun Doktorantura şöbəsinin müdiri, dosent Zülfiqar İbrahimli görüş çərçivəsində doktorantları yeniliklərlə də tanış ediblər. Onlara elmi işlərin hazırlanması, məqalələrin yazılması, araşdırmaların aparılması və digər bu kimi məsələlər haqqında məlumat verib.


Paylaş