Aprelin 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əvvəlki illərinin məzunları, gənc mütəxəssislər - Murad Abbaszadə, Nəzrin Rzayeva, Çingiz Manafov, Tural Abdullayev, Elşad Quliyev və Azərbaycan Texniki Universitetinin məzunu, mütəxəssis Ayaz Allahverdiyev İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin Proseslərin avtomatlaşdırılması ixtisası üzrə təhsil alan tələbələrə seminar keçiblər.
ADNSU-nun İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinnin dekanı, dosent Fərid Ağayevin dəvəti ilə universitətə gələn qonaqlar eyni fakültənin məzunlarıdır. Bakalavr və magist səviyyəsini yüksək səviyyədə bitirmiş gənc mütəxəssislər hazırda “Wood PLC” şirkətinin əməkdaşlarıdırlar.
Tələbələrlə keçirilən seminarda müxtəlif istiqamətlər üzrə çıxış edən mütəxəssislər uyğun olaraq təmsil etdikləri sahələr üzrə slaydlarla avtomatlaşdırma, mexanizmlərin idarə olunması, elmi biliyin inkişafı və onun təcrübəyə tətbiqi, karyeranın inkişaf etdirilməsi və onun yolları haqqında təcrübələrini bölüşüblər. Onlar uğur formulunun zamanında düzgün seçilməsinin müsbət nəticələrindən danışıblar.
Tələbələr üçün maraqla keçən seminar diskusiya formasında davam edib. Mütəxəsislər çıxış etdikləri mövzulardan asılı olmayaraq biliyin təcrübə ilə vəhdətinin vacibliyini və zaman itkisinə yol vermədən uğurlu karyera qurmaq, ixtisaslı mütəxəssis kimi formalaşmaq üçün məqsədin, hər kəsin fəaliyyət sahəsində konkret uğur hədəfi və zəhmətin əsas meyarlardan olduğunu gənclərin diqqətinə çatdırıblar.
Sonda seminarda qeyd olunan mövzularla bağlı tələbələrin sualları mütəxəssislər tərəfindən cavablandılıb.