Aprelin 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnformasiya Texnologiyaları Departamenti və Kiber Təhlükəsizlik Platforması şirkətinin təşkilatçılığı ilə “Günümüzdə Kiber təhdidlərlə mübarizə“ mövzusunda seminar keçirilib.
Seminarda Kibertəhlükəsizlik platformasının qurucusu Şahin Alıyev, nümayəndə heyəti Əli Qəniyev, Azər Abdullayev, Fərid Hüseynli, Yalçın Məmmədli, həmçinin universitetin İT departamentinin əməkdaşları, professor-müəllim heyəti, eləcə də İnformasiya Texnologiyaları və İdaretmə fakültəsinin (İTİF) tələbələri iştirak ediblər.
İT departamentinin şöbə müdiri Müqəddəs Əzizzadə öncə çıxış edərək seminar haqqında məlumat verib, müzakiə olunacaq mövzuların günümzdə aktual olduğunu iştirakçıların diqqətinə çatdırıb.
Sonra seminarı giriş sözü ilə açan Ş.Alıyev müasir dövrdə kibertəhlükəsizliyin önəmindən və İT sahəsi üzrə təhsil alan gənclərin bu sahədə maarifləndirilməsinin əhəmiyyətindən danışıb.
Seminarda məlumat təhlükəsizliyi, dünyada baş vermiş ən böyük kiberhücumlar və onlarla mübarizə üsullarından danışılıb, kiberhücumların növü və onlardan qorunmağın yolları haqqında geniş təqdimat nümayiş olunub.
İnteraktiv formatda keçirilən seminarın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.