×

Xəbərlər

Xəbərlər 12 Apr 2022
ADNSU-da “Elektron cihazların təmir metodları” adlı master-klass keçirilib

Aprelin 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) TexnoLab şirkətinin təsisçisi İlkin Nəsirli tərəfindən tələbələr üçün “Elektron cihazların təmir metodları” adlı master-klass keçirilib.

Tədbiri giriş sözü ilə açan İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin (İTİF) dekanı, dosent Fərid Ağayev mövzunun aktuallığından danışıb və bu sahədə müasir metodların öyrənilməsinin zəruriliyini qeyd edib.

Tədbirdə həmçinin İT və innovasiyalar üzrə rektorun müşaviri Rasim Abdullayev və İT departamentinin şöbə müdiri Müqəddəs Əzizzadə təlimin gənclər üçün əhəmiyyətindən danışıb, xüsusən də mühəndis-texniki sahədə təhsil alan tələbələri seminarda aktiv iştirak etməyə dəvət ediblər.

Tədbirdə “Elektron cihazların təmir metodları”  mövzusunda təqdimat nümayiş olunub. Elektron cihazları təmir edən zaman yol xəritəsi və hədəfə doğru addımlamağın qaydalarından danışılıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 


Paylaş