×

Xəbərlər

Xəbərlər 13 Apr 2022
ADNSU-da özfəaliyyət kollektivlərinə baxış konserti keçirilib

Aprelin 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ali məktəb tələbələri arasında bədii yaradıcılıq festivalına hazırlıq məqsədilə özfəaliyyət kollektivləriinə baxış konserti keçirilib.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş festival Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarına əsasən keçirilir.

Tələbələrin çıxışlarını Xalq artisti Mübariz Tağıyev, Xalq artisti Təranə Muradova, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu və digər incəsənət nümayəndələri qiymətləndiriblər.

ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən konsertdə tələbələr müxtəlif rəqs, şeir və musiqi nömrələri ilə çıxış ediblər. Həmçinin universitetin "Gənclik" mahnı və rəqs ansamblı “Laçın”, “Qazaxı xalq rəqsi”, “Naz eləmə” və “Məhsul rəqsi” ni ifa ediblər. Sonda tələbələr “Yaşa Azərbaycan” mahnısını ifa edib.

Qeyd edək ki, may ayının 6-da festival qaliblərinin yekun konserti keçiriləcək.


Paylaş