×

Xəbərlər

Xəbərlər 20 Apr 2022
ADNSU-da “TİPx: Gələcək Sən” adlı konfrans keçirilib

Aprelin 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən tələbələr üçün “TİPx: Gələcək Sən” adlı konfrans keçirilib.

Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı tərəfindən “Tələbə İnkişaf Platforması (TİP)” layihəsi çərçivəsində təşkil olunan konfransda DMA-nın İdarə heyətinin sədr müavini Cəmaləddin Quliyev,  DMA-nın Mərkəzi Karyera filialının müdiri Toğrul Ələkbərov açılış nitqi ilə çıxış edərək karyera planlaması istiqamətində görülən işlərdən və konfransın məqsədindən danışıblar.

Sonra “ATL Academy”nin, icraçı direktoru Mehriban Nəzərova “Gələcəyin (bugünün) peşələri” mövzusunda təqdimatla çıxış edərək texnologiyaların inkişafı və bu inkişafın nəticəsində yaranacaq yeni peşələrdən danışıb.

Spikerlər, ROOF Academic Training şirkətinin təsisçisi və direktoru, IELTS üzrə təlimçi, Xaricdə təhsil üzrə konsultant Rüfət Hüseynov Gələcəyin əmək bazarı və bu günün universitet təhsili mövzusunda, qrafik dizayner, vizual sənətçi, Rəsul Həsən Kreativ  “Düşünmə sənəti” mövzusunda, beynəlxalq peşəkar kouç PCC ICF  Sənan Həsənov “Məqsədə aparan yol” mövzusunda, "Sağlam Düşüncə" Gənclər Təşkilatının həmtəsisçi, beynəlxalq əlaqələr üzrə koordinator Ramiz Əliyev “Beynəlxalq layihələrdə iştirak bizə nə qazandırır?”  mövzusunda təqdimatla çıxış ediblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

 

 


Paylaş