×

Xəbərlər

Xəbərlər 20 Apr 2022
Azərbaycanlı Tələbə və Məzunlar Platforması ADNSU tələbələri üçün məlumat sessiyası keçirib

Aprelin 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycanlı Tələbə və Məzunlar Platforması məlumat sessiyası keçirərək universitetin tələbələrinə ASAP-ın fəaliyyət istiqamətləri, layihə və tədbirləri haqqında ətraflı məlumat verib.

ASAP komanda üzvləri tədbirin keçirilməsinə imkan yaratdığı üçün universitet rəhbərliyinə təşəkkür edib və ASAP ilə ADNSU arasında əməkdaşlığın davamlı olması barədə fikirlər səsləndirib.

Daha sonra tədbirdə ASAP-ın strukturu təqdim olunub, hədəf ölkələrində ASAP icmaları ilə gördüyü işlərdən bəhs edilib. Xüsusilə, tələbələrin ASAP ilə əməkdaşlıq edən məzun birlikləri ilə birgə layihələrdə iştirak imkanı və əldə edilə biləcək üstünlüklər barəsində danışılıb. ADNSU-nun Beynəlxalq layihələr sektorunun müdiri Leyla Nağıyeva tələbələri mübadilə proqramı prosesi ilə tanış edib.

Məlumat sessiyası zamanı ASAP təşkilatı ATGTI ilə əməkdaşlıq edərək, universitetlərdə ASAP nümayəndəsi olmaq üçün müraciət prosesini elan edib. ASAP-ın əməkdaşları universitetlərdə yaranacaq ASAP nümayəndəliyinin ASAP-ın baş ofisi ilə yaxından işləyəcəklərini və öz universitetlərində tələbələrə mübadilə proqramları həyata keçirməkdə və təhsillərini davam etdirəcəkləri ölkələrlə əlaqə qurmaqda dəstək göstərəcəklərini qeyd ediblər.


Paylaş