Aprelin 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Gələcək üçün bacarıqlar” layihəsinin ikinci komponenti olan TUSİ (2C) İnkubasiya proqramına start verilib.
Üç ay davam edəcək proqramda ADNSU-nun 35 tələbəsi iştriak edir. Ümumilikdə 6 aylıq dövrü əhatə edən proqramda bir sıra təlimlər, xarici və yerli ekspert görüşləri, layihələrin işlənilməsi, sahələr üzrə səfərlərin, müxtəlif “camp”lar və sonda “Pitch Day”in keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, proqramın əsas məqsədi universitetlərdə innovasiya mühitinin inkişafı, sahibkarlıq, yaradıcı və tənqidi düşüncə qabiliyyətinə malik və bazar ehtiyaclarına uyğun məhsul üzərində işləməyi bacaran tələbə - startapların yetişdirilməsidir.