Aprelin 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft-mexanika fakültəsinin “Mexanika mühəndisliyi” ixtisası üzrə təhsil alan bir qrup tələbəsi ilə METAK MMC-də görüş keçirilib.
Görüşdə, fakültənin dekanı, dosent Əli Hikmət Əhmədov, elmi işlər üzrə dekan müavini dosent Tahir Süleymanov, METAK MMC –nin Təlim və inkişaf şöbəsinin rəhbəri Kübra İmanova və şöbənin mütəxəssisi Aytən Cəbrayılzadə iştirak ediblər.
Dosent Ə.Əhmədov çıxışında həyata keçirilən tədbirlər planı çərçivəsində istehsalat müəssisələri ilə sıx əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edib. O, tələbələrin tədrislə paralel gündəlik təcrübə keçməsi imkanlarının yaradılması üçün şirkət nümayəndələrinə təşəkkürünü bildirərək, tələbələrin təhsildə aldıqları nəzəri biliklərin praktiki məzmununun təkmilləşdirilməsi baxımından bu təcrübə proqramının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Şirkətin tarixi və istehsal istiqamətlərindən danışan METAK MMC-nin Təlim və İnkişaf şöbəsinin rəhbəri Kübra İmanova təqdimatla çıxış edib.
İnteraktiv formatda keçən görüşdə tələbələrlə ekoloji təmiz istehsal və istehlakın vacibliyi müzakirə olunub və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, proqram çərşivəsində təcrübəni uğurla başa vuran tələbələrə sertifikatlar veriləcək.