×

Xəbərlər

Xəbərlər 22 Apr 2022
İNNAB Karyera Mərkəzinin mütəxəssisləri ADNSU tələbələrinə növbəti dəfə təlim keçiblər

Aprelin 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tələbələr üçün İNNAB Karyera Mərkəzinin mütəxəssisləri tərəfindən təlim keçirilib.

Görüşün təşkilatçısı ADNSU-nun Məzun-Karyera Mərkəzinin mütəxəssisi Aytac Məlikova iştirakçıları salamlayaraq tələbələrə görüş haqqında məlumat verib. Sonra İNNAB Karyera Mərkəzinin rəhbəri Vüsalə Hüseynova karyera planlaması haqqında tələbələrə geniş məlumat verib. Karyera planlamasının hər bir gənc üçün önəmli olduğunu deyən mütəxəssis uğurlu karyara qazanmaq üçün elmi nailiyyətlərin və komandada işləmək bacarığının önəmli olduğunu deyib. Həmçinin, mütəxəssis Tunar Sülüymanlı müasir texnologiyalardan yüksək istifadəetmə bacarığının önəmindən, Excel və digər proqramların istifadə imkanlarının vacibliyindən danışıb.

Sonra mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.


Paylaş