Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə “Microsoft Azərbaycan” şirkəti arasında əməkdaşlıq davam edir. Buna əsasən universitetin “Kompüter mühəndisliyi” kafedrasının 9 müəllimi (ass. Nifdalızadə Fəxri, ass. Hüseynzadə Məlihə, ass. Kişiyeva Nübar, ass. Əhmədova Əsmət, ass. Həsənova Əfsanə, ass. Səttarova Gülşən, ass. Qaffarova Zeynəb, ass. Səfərov Tural, ass. Məhərrəmova Mahirə), 2 magistr-laborantı (Əhmədova Tünzalə, İsmayılova Aytac) və 3 magistri (Əliyev Qismət, Axundzadə Ləman, Bağmanov Məhəmməd) “Microsoft Software Development Fundamentals” kursunu tamamlayaraq “Microsoft Technology Associate” sertifikatı ilə mükafatlandırılıb.
Qeyd edək ki, “Microsoft Azərbaycan” şirkəti ilə ADNSU-nun əməkdaşlığı çərçivəsində şirkət tərəfindən tələbə və müəllimlər üçün bir neçə uğurlu proqramlar, yeni-yeni kurslar həyata keçirilib və müsbət nəticələr əldə olunub.