×

Xəbərlər

Xəbərlər 30 Apr 2022
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rəsmi veb səhifəsində “Təklifim var” bölməsi istifadəyə verilir

 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rəsmi veb səhifəsində tələbə və əməkdaşlara müxtəlif sahələr üzrə təkliflər təqdim etmək imkanı yaradan “Təklifim var” bölməsi istifadəyə verilir. Bölmədə tələbə və əməkdaşlara universitetin tədris və təhsil prosesində, həmçinin  ictimai və mədəni həyatında fəal iştiraka təşviq etmək, eyni zamanda müasir əmək bazarının tələblərinə cavab verən kadr hazırlığı istiqamətində yeni fikir və ideyalarını ifadə etmək  şansı veriləcəkdir. “Təklifim var” platforması üzərində tələbələrə “Elm və təhsil”, “İnnovasiyalar”, “Ətraf mühit, “Abadlaşdırma”, “Gənclər və idman” və digər kateqoriyalar üzrə fərdi təkliflərini irəli sürmək imkanı yaradılacaqdır. 

 

Qeyd edək ki, internet resursunda qeydiyyatdan keçən istifadəçilərin təklifləri araşdırıldıqdan və seçildikdən sonra onların reallaşdırılması istiqamətində aidiyyatı bölmə və şöbələrlə birgə müvafiq dəyərləndirmələrin həyata keçirilməsi planlaşdırılır. Daha uğurlu və yüksək perspektivli təkliflərlə çıxış edən tələbə və əməkdaşların universitet tərəfindən təltif olunması nəzərdə tutulur. Təkliflərin statistikasına baxılacaq və seçilmiş təkliflər haqqında məlumatlar mütəmadi olaraq saytda yerləşdiriləcək və bununla da istifadəçilərin prosesi izləməsi mümkün olacaqdır. 

 

 


Paylaş