×

Xəbərlər

Xəbərlər 30 Apr 2022
UFAZ-da ADNSU tələbələri üçün magistraturaya qəbulla bağlı açıq mikrofon keçirilib

Aprelin 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri üçün Azərbaycan –Fransız Universitetinin (UFAZ) magistratura proqramlarına qəbulla bağlı açıq mikrofon keçirilib.
Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Strasburq universitetinin professoru Pyer Kolye, UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov, baş katib Elizaveta Bydanova və tələbələr iştirak ediblər.
UFAZ-ın magistratura proqramı haqqında tələbələrə məlumat verən ADNSU-nun rektoru, professor M.Babanlı bakalavrda olduğu kimi, UFAZ-ın magistratura pilləsində də təhsil alan gənclərin eyni imtiyazlara malik olduqlarını bildirib. Sonra rektor magistratura proqramı üçün nəzərdə tutulan ixtisaslar, qəbul şərtləri və qaydaları, həmçinin, təqaüd imkanları və tədris prosesindən danışıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki,2020-2021-ci tədris ilindən etibarən UFAZ-da magistratura pilləsi üzrə tədris aparılır. İki illik magistratura proqramının sonunda məzunlara iki diplom (ADNSU və Unistra) verilir. Bakalavrda olduğu kimi, magistratura proqramı üzrə də tədris ingilis dilindədir. UFAZ magistratura pilləsində aşağıdakı ixtisaslar üzrə tam dövlət əsaslı təhsil təklif edir: Böyük verilənlər bazası və Süni zəka, Fiziki Kimya və kimya mühəndisliyi, Yer elmləri.


Paylaş