×

Xəbərlər

Xəbərlər 30 Apr 2022
ADNSU-da Gənc Tədqiqatçı və Doktorantların Elmi Konfransı başa çatıb

Aprelin 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Gənc Tədqiqatçı və Doktorantların Elmi Konfransının bağlanış mərasimi keçirilib.
Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar və universitetin professor-müəllim heyəti iştirak ediblər.
Konfransın yekunu haqqında müzakirələrdə çıxış edən universitetin rektoru, professor Mustafa Babanlı bir daha konfransın əhəmiyyətindən söz açıb və daha yüksək nəticələr üçün ciddi elmi araşdırmaların aparılmasının, həmçinin yaxşı hazırlıq işlərinin görülməsinin vacibliyini qeyd edib.
Sonra bölmələr üzrə sədrlərin hesabatları dinlənilib.
Qeyd edək ki, iki gün davam edən konfransda 8 bölmə üzrə iclaslar keçirilib. Konfransa təqdim edilən 122 tezisdən 105-i qəbul edilib. Tezislərin 8-i rus, 7-si ingilis, digərləri azərbaycan dilində olub.


Paylaş