Mayın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə görüş keçirilib.
Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli , universitetin professor-müəllim heyəti, Dövlət Xidmətinin nümayəndələri iştirak ediblər.
Universitetdə görülən işlər, əməkdaşlıq əlaqələri, laboratoriyalar, İT kursları və əməkdaşlıq oluna biləcək sahələrdən danışan rektor M.Babanlı Dövlət Xidməti ilə əməkdaşlığın əhəmiyyətindən danışıb, təhsil və texnologiyaların birgə tətbiqi ilə innovativ layihələrin, o cümlədən tədqiqatların həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Universitetlə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Dövlət Xidmətinin rəisi M.Abbasbəyli əmək bazarında yüksək ixtisaslı gənclərə böyük ehtiyacın olduğunu bildirib və bu səbəbdən də ADNSU tələbələrinin istehsalat təcrübəsində, yay təcrübə proqramlarında iştirakını təmin etmək, həmçinin məzunların və istedadlı tələbələrin işlə təmin edilməsinə hər zaman dəstək göstəriləcəyini deyib.
Sonda tərəflər arasında “Əməkdaşlıq memorandumu” imzalanıb.
Qeyd edək ki, memorandum çərçivəsində tələbələr üçün istehsalat təcrübəsinin və yay təcrübə proqramlarının təşkil olunması, təhsil və texnologiya sahələrində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, birgə layihə və tədqiqatların, konfransaların, təlim və seminarların aparılması, tələbələrin təcrübə proqramlarında iştirakı və sertifikatla təmin edilməsi, habelə məzunların və xüsusi istedadlı tələbələrin işlə təmin edilməsi, Dövlət Xidmətinin əməkdaşları üçün universitet tərəfindən ixtisasartırma kursları təşkil edil Dövlət Xidmətinin fəaliyyəti və xidmətdə mövcud olan vəzifələr haqda məlumatlandırmaq üçün universitetdə “Karyera günləri” keçirilməsi və digər birgə işlərin görülməsi nəzərdə tutulur.