Mayın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Univerietetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və Maqnat İntellektual Oyunlar Klubunun (MİOK) birgə təşkatçılığı ilə "Debüt Kuboku" intellektual oyununun finalı olub.
Nə? Harada? Nə zaman? formatında keçirilən intellektual oyun 7 həftəlik gərgin mübarizədən sonra başa çatıb. 16 komandanın iştirakı ilə keçirilən sinxron liqada sonda "Kreativ Ad" komandası 1-ci, "Asperger" komandası 2-ci və "Golden Brains" komandası 3-cü yerin sahibi olub. Qalib komandalar sonda ADNSU və THİK tərəfindən kubok, medal və hədiyyələrlə təltif ediliblər.
Sonda THİK sədri Namiq Gəncəyev və Maqnat İOK sədri Kənan Bağırov qaliblərə kubok və hədiyyələr təqdim ediblər.