×

Xəbərlər

Xəbərlər 17 May 2022
ADNSU-da Universal Group şikəti ilə görüş keçirilib

Mayın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq departamentinin təşkilatçılığı ilə Universal Group şikətinin nümayəndələrinin İqtisadiyyat və Menecment, Qaz-neft mədən fakültələrinin 4-cü kurs tələbələri ilə görüşü keçirilib.

Universal Group şirkətinin Satinalma üzrə qrup direktoru Nurəddin Həsənov, AZ Global tikinti şirkətinin rəhbəri Zaur Şirməmmədov, Maliyyə departamentinin əməkdaşı Fidan Əli-Azərli, İnsan Resursları və İnzibatı şöbə müdiri İlfanə Pənahova şirkət haqqında geniş təqdimatla çıxış ediblər. Sonra 4-cü kurs, magistr tələbələri və məzunlar üçün nəzərdə tutulan “Kilkə” adlı Yay Təcrübə Proqramı haqqında iştirakçılara ətraflı məlumat verilib. Müraciət qaydaları, təcrübə müddəti və iştirak haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, Universal Pro MMC şirkəti olaraq inşaat sektorunda 1998–ci ildən fəaliyyət göstərir. Şirkət inşaat bazarı və neft qaz sənayesində istifadə olunan materialların satışı ilə məşğul olaraq, müştərilərinə sənaye avadanlıqları və onların ehtiyat hissələri, şəxsi təhlükəsizlik avadanlıqları, qaldırıcı təhlükəsizlik avadanlıqları və onların ehtiyat hissələri, qazma və ümumi istifadə alətləri, əl alətləri (inşaat və avtomobil sahəsi), elektrik alətləri, elektrikli ölçü alətləri, kimyəvi maddələr, abraziv materiallar, qaynaq materialları və s. kimi mal və xidmətlərin geniş portfelini təklif edir.


Paylaş