2022-ci ilin fevral-mart aylarında YUNESKO-nun təşkilatcılığı ilə Qaz-Neft- Mədən Təhsili üzrə Beynəlxalq Kompetensiya Mərkəzi və Sank-Peterburq Mədən Universiteti distant şəkildə təhsil proqramlarının keçirilməsi ənənəsini davam etdirib. Mədən Universitenin müəllim və professorları neft qaz mühəndisliyi ixtisasi üzrə online dərslər təşkil ediblər.Dərslər WEB-EX platforması üzərindən baş tutub.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 3-4 kurs tələbələrini bu il proqramlarda iştirak edib. Universitetimizin Qaz-neft -mədən fakültəsinin tələbələri digər ölkələrdən olan tələbələrlə birlikdə seminar, mühazirə və praktiki dərslərdə iştirak ediblər. Tədbir tələbələrdə böyuk maraq doğulub. 2 ay davam edən dərslərin sonunda tələbələr qrup səklində layihələrinin müdafiəsini ediblər. Programi uğurla bitirən tələbələrə sertifikatlar verilib.