×

Xəbərlər

Xəbərlər 25 May 2022
ADNSU ilə Konya Texniki Universiteti arasında Memorandum imzalanıb

Mayın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Konya Texniki Universitetinin rektoru, professor Babür Özçeliklə görüşüb. ADNSU-da keçirilən görüşdə hər iki universitet rəhbərləri təhsil sahəsində görüləcək işlər, təhsil və tədrisin keyfiyyətinin qaldırılması istiqamətində əldə olunan yeniliklərdən danışıblar. Həmçinin, mübadilə proqramlarının tətbiqi, iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.  

Sonda tərəflər bu və digər istiqamətlər üzrə birgə əməkdaşlığın təmin olunması məqsədi ilə Memorandum imzalayıblar.


Paylaş