×

Xəbərlər

Xəbərlər 27 May 2022
UFAZ-da Azərbaycan Fransa Məzunlarının “İdeya Gecəsi” keçirilib

Mayın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  nəzdində fəaliyyət göstərən Azərbaycan- Fransız Universitetində (UFAZ) Fransa Səfirliyi, Azərbaycan Fransız İnstitutu, AAAF (Azərbaycan Fransa Məzunları Assosiasiyası) və UFAZ-ın təşkilatçılığı ilə təhsilini Fransada almış azərbaycanlı məzunların "İdeya gecəsi" adlı tədbir keçirilib. 

Tədbirin giriş sözü ilə açan Azərbaycan Fransa Məzunları Assosiasiyasının prezidenti, UFAZ-ın direktoru Vazeh Əskərov məzunları salamlayaraq hazırda 600 nəfərə yaxın gəncin Fransa məzunu olduğunu bildirib. Fransanın ölkəmizdəki səfiri Zakari Qross məzunları Qafqazın yenidən qurlumasında və dirçəlməsində fəal olmağa səsləyib. 

Sonra Fransada təhsil almış 7 peşəkar  qlobal istiləşmə və onun planetə, eləcə də Azərbaycana təsiri; işlənmiş məhsulların təkrar emalı və təkrar emal prinsipinə əsaslanan dairəvi iqtisadiyyat; təmiz və bir-biri ilə əlaqəli şəhər nəqliyyat şəbəkələrinin inkişafı; ətraf mühitin qorunmasına riayət edən sadə istehsal və istehlak üsulları/ ölkələrin inkişafı və modernləşməsində vətəndaş cəmiyyətinin və beynəlxalq əlaqələrin rolu mövzuları üzrə öz  təcrübələrini və düşüncələrini bölüşüb, müzakirələr aparıblar.

Qeyd edək ki, tədbir Fransa Səfirliyinin dəstəyi ilə bu yaxınlarda yaradılmış AAAF-a (Azərbaycan Fransa Məzunları Assosiasiyası) istinad edərək, bütün nəsillərdən, fərqli akademik və peşəkar sahələrdən olan Fransanın Azərbaycanlı Məzunlar şəbəkəsi ətrafında dinamika yaratmaq məqsədi daşıyır. 

İdeyalar Gecəsi tədbiri əsas müasir problemlər ətrafında Fransa Məzunları arasında fikir,  düşüncə, dialoq və mübadilə anıdır. 

Məzunların “İdeya Gecəsi” Fransız İnstitutu tərəfindən hər il keçirilir.  Onun məqsədi bütün dünya üzrə Fransa məzunlarını cəmiyyət üçün vacib olan məsələlər barədə fikir mübadiləsi üçün bir araya gətirməkdir.

 


Paylaş