Mayın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalı çərçivəsində təşkil olunan sərgidə iştirak edib.
Rektor M.Babanlı sərgidə ADNSU tələbələrinin TEKNOFEST-ə təqdim etdiyi layihələrlə tanış olub. Tələbələr layihələrin prototipləri, istifadə imkanları, həmçinin layihərlə bağlı konkret müəyyən etdiyi hədəflər və tətbiq sahələri haqqında rektor M.Babanlıya ətraflı məlumat veriblər.
ADNSU-dan TEKNOFEST yarışına təqdim edilən 27 (1 komanda Milli Aviasiya Akademiyası ilə birgə komandadır) layihədən 26-sı B kateoriyası və 1-i C kateqoriyası üzrə olub. Ümumilikdə ADNSU-nun 19 komandası 9 müsabiqə üzrə Türkiyənin ən böyük Aviasiya, Kosmos və Texnologiya Festivalında final mərhələsinə yüksəlib.
Finalda iştirak edən layihələrin müxtəlif müsabiqələr üzrə təsnifatı aşağıdakı kimidir:
- Baku TakeOff startup yarışında - 2 komanda
- Cansat yarışında - 1 komanda
- Bakuskills yarışında - 3 komanda
- Yaşıl Texnologiya - 1 komanda (C kateqoriyası üzrə)
- Aqrar texnologiya - 1 komanda
- Pilotsuz uçuş aparatları - 1 komanda
- Sosial Yönümlü Texnologiyalar- 3 komanda
- Planer - 4 komanda (1 komanda Milli Aviasiya Akademiyası ilə birgə)
- Robototexnika - 3 komanda
Qeyd edək ki, festival çərçivəsində Azərbaycan Respublikası Təhsil nazirliyi STEAM layihəsinin təşkilatçılığı ilə şagird və tələbə kateqoriyaları üzrə keçirilən “Baku Skills” müsabiqəsinin final mərhələsi, həmçinin “STEAM Azerbaijan” layihəsi keçirilir.
Festivalda tərəfdaş qurumların STEAM məzmunlu innovativ məhsul və həllərinin, müxtəlif layihələr çərçivəsində hazırladıqları prototiplər nümayiş olunur, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotlar sərgilənir.