Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “TEKNOFEST Azərbaycan” festivalının final mərhələsində fərqli nominasiyalar üzrə 19 layihə ilə iştirak edib.
Belə ki, ADNSU-nun B kateqosiyası üzrə 2, C kateqoriyası üzrə isə 1 layihəsi I yerə layiq görülüb. B kateqoriyasında Robotexnika üzrə birinci yer tutan komanda – MECHANICS, Aqrar Texnologiya kateqoriyası üzrə birinci yer tutan komanda – BlizzardTS, C kateqoriyasi üzrə (Yaşıl texnologiyalar) birinci yer tutan komanda – MakerTronika komandaları olub.
İkinci yerə 3 komandamız layiq görülüb, onun 2-si B kateqoriyası, 1 isə C kateqoriyasi üzrə olub.
Planer üzrə ikinci yeri – AzeRobot-Sky komandası, BakuSkills üzrə ikinci yeri – MECHANICS komandası, C kateqoriyası (Yaşıl texnologiyalar) üzrə isə ikinci yeri BAKU-ADNSU komandası tutub.
Smart Karabakh Hakathon-unda ADNSU-nun “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının doktorantının iştirak etdiyi “SafeKarabakh” layihəsi 1-ci yerə layiq görülüb. ADNSU-nun “SABAH” qruplarında “Elektroenergrtika mühəndisliyi” ixtisasının 4-cü kurs tələbəsi Eldar Məhərrəmlinin mentor olduğu “Baku Stark” məktəbli komandası Robotexnika müsabiqəsinin A kateqoriyasında birinci yerə layiq olub.