×

Xəbərlər

Xəbərlər 01 Jun 2022
ADNSU-nun əməkdaşı Claustal Texniki Universitetində işgüzar səfərdə olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya-Texnologiya fakültəsinin “Üzvi maddələr və YMB-in texnologiyası” kafedrasının, həmçinin “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” elmi tədqiqat institutunun əməkdaşı, assistent k.ü.f.d Nərminə Quliyeva Almaniyanın Claustal Texniki Universitetinə işgüzar səfərdə olub. N.Quliyeva 7-22 may tarixlərində Horizon layihəsi çərçivəsində layihəyə hazırlıq məqsədi ilə 2 həftə ərzində Claustal Texniki Universitetinin Üzvi kimya bölməsində tədqiqatlar aparıb. Həmin universitetin magistr tələbələrinə “Hidrogen enerjisi”, “Qrafen oksid”, “Supramolekulyar kimya”, “Hitozan və hitozan əsasında kompozitlər”, “Azərbaycanda bərpa olunan enerjilərin istifadəsi”, “Azot tərkibli dikarboksilatlar” və “Qrafen oksidin ekologiyada tətbiqi” mövzuları üzrə mühazirələr oxuyub.

Bundan əlavə, o, üzvi kimya bölməsinin müdiri Rene Vinhelm və həmin institutun direktoru Sabina Beuerman ilə 4 proyekt üzrə müzakirələr aparıb və Claustal Universitetinin laboratoriyalarında araşdırma edib.  


Paylaş