İyunun 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Neft-mexanika fakültəsinin METAK şirkətində təcrübə keçən 14 nəfər tələbəsinə sertifikat təqdim olunub. Bununla bağlı keçirilən tədbirdə universitetin Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, METAK şirkətinin istehsalat direktoru Mübariz Əzizov, Neft-mexanika fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov,Neft-mexanika fakültəsinin dekan müavini, dosent Tahir Süleymanov və tələbələr iştirak ediblər.
Dosent Qasım Məmmədov ADNSU-da tələbələrin savadlı kadr kimi yetişməsi üçün nəzəri biliklərə xüsusi önəm verilməsi ilə yanaşı, tələbələrin təcrübə keçməsinin də əhəmiyyətindən danışıb. METAK şirkətinin istehsalat direktoru Mübariz Əzizov isə bir ay yarım müddətində qarşılıqlı əməkdaşlıq layihəsi əsasında təcrübəni uğurla keçən tələbələrdən razı qaldıqlarını, onların təcrübəyə çox ciddi yanaşdığı bildirib.