Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı Türkiyənin Batman Universitetinin rektoru, professor İdris Demir və nümayəndə heyəti ilə görüşüb.
Qonaqları yenidən universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor M.Babanlı mövcud əməkdaşlıq əlaqələrindən və yeni layihələrdən danışıb.
ADNSU ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Batman Universitetinin rektoru, professor İ.Demir tələbə və müəllim mübadiləsi istiqamətində əməkdaşlığın önəmindən danışıb. Tərəfdaşlığın bundan sonra daha da inkişaf etdirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirib.
Görüşdə Erasmus+ layihəsi çərçivəsində əməkdaşlığın önəmindən danışılıb və bu istiqamətdə görüləcək işlərin perspektivləri müzakirə edilib.
Sonda tərəflər arasında Erasmus+ layihəsi üzrə əməkdaşlığa dair razılıq sənədi imzalanıb.