×

Xəbərlər

Xəbərlər 13 Jun 2022
ADNSU-nun əməkdaşları İspaniyada Beynəlxalq seminarda iştirak ediblər

06-10 İyun tarixlərində ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektor müavini dos. Ülviyyə Abbasova və Beynəlxalq Əməkdaşlıq Şöbəsinin Beynəlxalq Layihələr Sektorunun müdiri Leyla Nağıyeva İspaniyanın Alcala Universitetində Erasmus+ KA107 layihəsi çərçivəsində təşkil olunmuş Beynəlxalq İşçi Heyəti Həftəsində iştirak ediblər. Sözügedən tədbirdə Gürcüstan, ABŞ, Kanada, Cənubi Afrika, İsrail və Ekvador kimi ölkələrin universitet nümayəndələri iştirak ediblər. Tədbirdə Erasmus+ KA107 layihələri çərçivəsində post-pandemiya dövründə tətbiq edilən yeniliklər barəsində  bütün iştirakçılara ətraflı məlumat verilib.

Bundan əlavə, ADNSU-nun nümayəndələri universitetin təhsil və elm sahəsində həyata keçirilən Erasmus+ KA2 ali təhsil müəssələrinin potensialının artırılmasına yönəlmiş layihələr, ADNSU rəhbərliyi tərəfindən aparılmış müasir tələblərə cavab verən islahatlar və yeniliklər haqqında geniş prezentasiya təqdim ediblər. Sözügüdən prezentasiya digər universitet nümayəndələrinin böyük marağına səbəb olub və onlar ADNSU ilə istənilən sahədə sıx əməkdaşlıq etməyə təşəbbüs göstəriblər.

Səfər çərçivəsində ADNSU nümayəndələri Alcala Universitetinin Beynəlxalq Əməkdaşlıq Ofisinin direktoru ilə görüşüb onların iş prinsipləri ilə tanış olublar. Həmçinin, Alcala Universitetinin Kimya fakültəsinin professorları ilə görüşərək iki universitet arasında elm və təhsil sahəsində gələcək perspektivlər müzakirə edilib.

Tədbir zamanı Kanadanın New Brunswick Universitetinin beynəlxalq proqramlar üzrə məsləhətçisi və ABŞ-ın Georgia State Universitetinin program koordinatoru gələcəkdə ADNSU Kanada və ABŞ-ın tələbə-müəllim heyəti üçün bir neçə layihələrin keçirilməsi haqqında təkliflər irəli sürüblər.

Tədbdir təşkilatçısı olan Alcala Universitetinin Beynəlxalq Əməkdaşlıq Ofisinin nümayəndələri ADNSU ilə Erasmus+KA107 proqramı çərçivəsində layihənin uzadılması haqqında məlumat veriblər, universitetimizin  müəllim-tələbə və administrativ heyəti ilə işləməkdən məmnun olduqlarını bildiriblər. Sonda tədbir iştirakçılarının hər biri sertifikatla təltif olunub.


Paylaş