×

Xəbərlər

Xəbərlər 24 Aug 2022
ADNSU-nun bir qrup əməkdaşı Şuşa şəhərində olub

Azərbaycan Dövlət Neft Sənaye Universitetinin (ADNSU) bir qrup əməkdaşı "Şuşa ili” ili çərçivəsində Şuşa şəhərində olublar.    

Səfər zamanı universitet əməkdaşları milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və öz füsunkarlığı ilə insanı valeh edən Şuşa şəhərinin tarixi abidələrini ziyarət ediblər, şəhərdə apralan bərpa və yenidənqurma işləri ilə tanış olublar.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Təhsil Nazirliyinin müvafiq təlimatına uyğun olaraq ADNSU-nun əməkdaşları Şuşa şəhərinə səfər edib və belə səfərlər “Şuşa ili” ili çərçivəsində davam edəcək.

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə ölkəmizdə 2022-ci il “Şuşa İli” elan edilib. Bununla bağlı ölkəmizdə silsilə tədbirlər keçirilir, Şuşa şəhərinə sfərlər təşkil olunur.  Həmçinin, "Şuşa ili” çərçivəsində ADNSU-da da mütamədi tədbirlər keçirilir və bundan sonra da davam etdiriləcək. 


Paylaş