×

Xəbərlər

Xəbərlər 24 Aug 2022
ADNSU-nun startapı İstanbul Bootcampında iştirak edib

Take Off Baku startap yarışında seçilən 6 Azerbaycan startapı 15-19 avqust tarixində İstanbul şəhərində keçirilən İstanbul Bootkampında iştirak edib. Səfər çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) HealWith layihəsinin yaradıcısı Elviz İsmayılov 5 gün ərzində Türkyənin startap ekosistemi ilə yaxından tanış olub, startapı inkişaf etdirmək istiqamətində 6 təlimdə iştirak edib. O, İstanbul şəhərində fəaliyyət göstərən İnkubasiya və Akselerasiya mərkəzlərinə səfər edərək onların qaydaları ilə tanış olub.

Bundan əlavə, HealWith layihəsinin yaradıcısı E.İsmayılov Bilişim Vadisi, Tanıtım Sunumu, 42 Kocaeli məktəbi, TOGG, Bilgiyi Ticarileştirme Merkezi, Lonca akselerasiya mərkəzi kimi mühitlərə baş çəkərək onlar haqqında məlumat alıb. Eyni zamanda HealWith startapı investorlara təqdim edilib.Səfərin son günü isə International Incubation Center akselerasiya mərkəzi və İstanbul Texnik Universitetinin Innogate akselerasiya mərkəzlərində startap təqdim edilib.


Paylaş