Sentyabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin (İTİF) birinci kurs tələbələri ilə görüş keçirilib.
Görüşdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Tələbə Həmkarlar İttifaqı komitəsinin sədri Namiq Gəncəyev, Informasiya Texnologiyaları və İdarəetmə (İTİF) fakültəsinin dekanı, dosent Fərid Ağayev və birinci kurs tələbələri iştirak ediblər.
İTİF-in dekanı, dosent Fərid Ağayev tələbələri universitetə daxil olmaları münasibəti ilə təbrik edib, onlara universitetin daxili nizam-intizam qaydaları haqqında məlumat verib. Tədris prosesi, dərs mühiti, imtahanların təşkili, təqaüdlər və universitetdə görülən işlər barədə gənclərə məlumat verib.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri N.Gəncəyev tələbələrin dərsdən kənar asudə vaxtlarını daha səmərəli keçirmələri üçün onlara universitetdə fəaliyyət göstərən klub və dərnəklər, eyni zamanda "Gənclik" mahnı və rəqs ansamblı haqqında məlumat verib və bütün tələbələri universitetin həyatında fəal iştirak etməyə çağırıb.
Sonra İT departamentin koordinatoru Mehriban Xıdırova LMS (Learning Management System) Öyrənmənin idarəolunması sistemi haqqında geniş təqdimatla çıxış edib, tələbələrin sistemə giriş və istifadə qaydaları haqqında ətraflı məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.