Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri növbəti uğura imza atıblar. 2022 ci il sentyabrın 25-də Platon Tech komandasının üzvləri:Şixiyev Fərid, Şixiyev Rüfət,Hüseynli Qabil,Səmədov Murad WRO (Dünya Robot Olimpiadası) birinci yerə layiq görülüb və Almaniyanın Dortmund şəhərində Azərbaycanı təmsil etmək üçün vəsiqə qazanıblar.
Qeyd edək ki, ADNSU-nun İTF-in tələbəsi olan Fərid Şıxıyevin kapitanı olduğu komanda 2022 ci il Teknofest Azərbaycan yarışmasında da birinci yerə layiq görülmüşdü. “Texnofest”də “Aqro Tech B kateqoriyasında” Blizzard Ts komandasının üzvlərinin - Şixiyev Fərid, Səmədov Murad, Qurbanlı Çingiz, Səlimzadə Aqşin birlikdə təqdim etdikləri layihə ilə fərqlənməyi bacarmışlar.
Bundan əlavə komanda üzvləri birlikdə başqa yarışmalarda da uğurlu nəticələr əldə ediblər.