×

Xəbərlər

Xəbərlər 06 Oct 2022
Azİİ e- Kitab Evi VIII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) oktyabrın 5-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir. 

 ”Şuşa İli” nə həsr olunan sərginin açılış günündə Baş nazirin müavini Əli Əhmədov, Mədəniyyət naziri Anar Kərimov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Azərbaycanın Xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və xarici yazıçılar iştirak ediblər. Kitab və mütaliənin təbliği, həmçinin Azərbaycan və xarici nəşriyyatların poliqrafiya məhsulları ilə tanışlıq, kitabxanalararası yeni əlaqələrin yaradılması, nəşriyyat sənayesinə dəstək, potensial əməkdaşlıq üçün nəşriyyatları kitab mağazaları ilə tanış etmək məqsədilə keçirilən sərgidə 10-dan çox ölkədən 60-dan artıq xarici təşkilat, 118 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli  müəssisələr iştirak edirlər.

Sərgidə xüsusi stendlə təmsil olunan Azİİ e -Kitab Evinin 70-dən çox eksponatı (kitablar, jurnallar və s.) nümayiş etdirilir. Nümayiş olunan kitablar arasında: Heydər Əliyev irsi, 44 günlük Vətən müharibəsində Zəfər salnaməsini əks etdirən, torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərmiş Azərbaycan oğullarına, həmçinin ADNSU-nun şəhid məzunlarına həsr olunmuş kitablar, fotoalbomlar, universitetin professor-müəllim heyəti tərəfindən hazırlanmış dərsliklər, monoqrafiyalar, qədim əlyazmalar, unikal və nadir kitab meyarlarına cavab verən  miniatür kitablar, universitetin alim və akademiklərinin əmək və pedaqoji, ictimai fəaliyyətlərini əks etdirən biblioqrafik göstəricilər, neft və sənayenin digər sahələrini əhatə edən kitablar, o cümlədən ADNSU-nun mətbu orqanları olan “Azərbaycan ali texniki məktəbinin xəbərləri” və “Oil and İndustry” jurnalı nümayiş olunur.

Qeyd edək ki, sərgidə 10-dan çox ölkədən 60-dan artıq xarici təşkilat,118 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunur. Sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbirin təşkili nəzərdə tutulur. VIII Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 9-dək davam edəcək.


Paylaş