×

Xəbərlər

Xəbərlər 06 Oct 2022
ADNSU-da 2022-2023-cü tədris ilində Elmi Şuranın ilk iclası keçirilib

Oktyabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın 2022-2023-cü tədris ilində ilk iclası keçirilib.

Gündəlikdə olan məsələləri elan etməmişdən öncə ADNSU-nun rektoru, professor Mustafa Babanlı 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə universitetin professor-müəllim heyətini təbrik edib, onlara müqəddəs peşə fəaliyyətində uğurlar arzu edib.

Sonra, ənənəvi olaraq  rektor, professor Mustafa Babanlı universitetin 4 əməkdaşını - professorlar Tofiq Əhmədov, Müsavər Musayev, Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudovanı və Elmi katib, dosent Nərminə Əliyevanı yubiley yaşları münasibəti ilə təbrik edib, onlara uzun ömür, möhkəm cansağlığı arzulayıb.

Elmi Şuranın iclasında 2021-2022-ci tədris ilinin yekunu və yeni tədris ilində kollektiv qarşısında duran vəzifələr haqqında, 2022-ci ildə ADNSU-ya bakalavriat təhsil səviyyəsi üzrə (o cümlədən, UFAZ üzrə və kollecdə) tələbə qəbulunun yekunu barədə Tədris işləri üzrə prorektor, dos. Qasım Məmmədov məlumat verdikədən sonra 2021-2022-ci tədris ilində, təhsilin magistr səviyyəsi üzrə hesabat və 2022-2023-cü tədris ilində magistraturaya qəbulun nəticələri barədə Elmi işlər üzrə prorektor, prof. Lətafət Qardaşova hesabat məruzəsi ilə çıxış edib. ADNSU-nun tərəfdaş olaraq iştirak etdiyi HORİZON EUROPE layihələri haqqında isə dos.Nigar İsmayılova geniş məlumat verib.

Gündəlikdə olan Akkreditasiya işlərinin vəziyyəti və qarşıda duran vəzifələr, Reytinq (QS, THE və s.) ilə bağlı Komissiyanın tərkibi və ilkin işləri barədə, Protokol xidmətinin Eleketron sənəd dövriyyəsinə keçid üçün təlimlərə başlanması və digər vacib mövzularla bağlı rektor, professor Mustafa Babanlı geniş məlumat verib, elmin və tədrisin keyfiyyətinin yüksəldiləməsi istiqamətində atılacaq zəruri addımlardan danışıb.

Elmi Şuranın iclasında gündəlikdə olan məsələlər şura üzvləri ilə müzakirə edildikdən sonra yekdil qərarlar qəbul olunub. Rektor, professor Mustafa Babanlı bütün məsələlərlə bağlı irad və təkliflərini bildirib, görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıqlar verib.


Paylaş