×

Xəbərlər

Xəbərlər 14 Oct 2022
ADNSU ilə Türk Standartları Enstitüsü arasında əməkdaşlıq genişlənir

Oktyabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Cihaz mühəndisliyi” kafedrasında Türk Standartları Enstitüsü (TSE) Azərbaycan təmsilçisi Gülhan Yüzereroğlu ilə görüş keçirilib.

Görüşdə “Cihaz mühəndisliyi” kafedrasının müdürü, dosent Lalə Bəkirova, kafedranın professor-müəllim heyəti, doktorantlar, magistr və tələbələr iştirak ediblər.

Dosent L.Bəkirova qonağı salamlayaraq, kafedra haqqında ümumi məlumat verdib. ADNSU-nun, o cümlədən kafedranın Türkiyənin bir çox ali təhsil müəssisələri ilə olan əlaqələrindən danışıb. Türk Standartları Enstitüsü ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən söz açan L.Bəkirova birgə layihələrin işlənməsinin əhəmiyyətinə toxunub və bu istiqamətdə təkliflər irəli sürüb.

ADNSU-da olmaqdan məmnun olduğunu bildirən TSE Azərbaycan təmsilçisi G.Yüzereroğlu qurumun fəaliyyətindən, tarixindən danışıb, neft sahəsi də daxil olmaqla bir sıra sahələrdə beynəlxalq tələblərə cavab verən milli standartların yaradılması və tətbiqi üçün ADNSU ilə birgə əməkdaşlığın önəmini qeyd edib.

Görüşdə əməkdaşlıq oluna biləcək istiqamətlər üzrə müzakirələr aparılıb. Yüksək potensiallı kadrların hazırlanması üçün təhsil və texnologiya sahələrində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, laboratoriyaların tədris prosesinə və elmi işlərə uyğun sertifikatlaşdırılması, müəllim və tələbə kontingentinə müvafiq standartlara uyğun təlimlərin keçirilməsi və s. kimi elmi tədqiqatların, eləcə də təhsilin inkişafı üçün birgə tədbir və layihələrin təşkili məsələləri müzakirə olunub.

Qeyd edək ki, ADNSU ilə TSE arasında sentyabrın 7-də əməkdaşlıq memorandumu imzalanıb və yol xərtəsi işlənilib.


Paylaş