×

Xəbərlər

Xəbərlər 18 Oct 2022
ADNSU tələbələri mühazirə dərslərini istehsalat müəssisəsində keçiblər

Kimya texnologiya fakültəsinin əyani şöbəsinin bakalavriat səviyyəsində “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan 347.20 və 349.20 saylı qrup tələbələrinə mühazirə dərsləri sillabusa uyğun olaraq “Abşeron şərab” ASC-də keçirilib.

Müəssisədə keçirilən mühazirə dərsləri “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının müdiri, professor Fariz Əmirov və kafedranın bir çox əməkdaşları - “Qida məhsullarının keyfiyyətinə texniki- kimyəvi nəzarət” (müəllim Göyüşov Şahin), “Qida biotexnologiyası” (müəllim Ağayeva Təranə), “Qida sənayesində texnoloji əməliyyatlar”, “Çörək, makaron, unlu qənnadı məmulatların texnologiyası” (dos. Ağamalıyev Zaur) fənləri üzrə keçirilib.

Abşeron-Şərab ASC Azərbaycanda şərabçılığın inkişafına öz töhfəsini verməkdədir və istehsal olunan məhsullar dünya bazarına çıxarılır. Görüş zamanı müəssisənin baş texnoloqu Tural Əfəndiyev tələbələrə zavodun iş prinsipi, istehsal texnologiyası və alınan məhsullar haqqında geniş məlumat verib. Şirkətin istehsal sahəsində qurğu və avadanlıqların işləmə prinispləri ilə tam tanışlıqdan sonra tələbələrin istehsalat və günlük təcrübələrinin aparılması, buraxılış işləri mövzuların müzakirəsi və elmi işlərin aparılması ilə bağlı bir sıra məsələlərə baxılıb.


Paylaş