Oktyabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində 18 oktyabr “Müstəqilliyin bərpası günü”nə həsr olunmuş kitab sərgisi təşkil olunub.
Sərgidə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı xidmətlərindən, həmçinin Azərbaycan dövlətinin və müstəqilliyinin bərpa olunmasından, qorunmasından bəhs edən kitablar yer alıb. Sərgidə eyni zamanda ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə respublikamızın ictimai-siyasi, iqtisadi, sosial həyatındakı hadisələri əks etdirən kitab və digər dövri nəşrlər də nümayiş olunub.