×

Xəbərlər

Xəbərlər 19 Oct 2022
ADNSU və Türkiyənin TÜBİTAK Bilim Mərkəzi əməkdaşlığı genişləndirir

Türkiyədə səfərdə olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, prof. Mustafa Babanlı və rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 18-də TÜBİTAK Bilim Mərkəzində qurumun prezidenti, prof. Hasan Mandal tərəfindən qəbul edilib. Görüşdə ikitərəfli əlaqələrin müxtəlif aspektlərinə dair əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin universitetləri, eyni zamanda universitet və sənaye mərkəzləri arasında müxtəlif layihələrin işlənməsi və onların dəstəklənməsi ətrafında fikir mübadiləsi aparılıb.


Paylaş