×

Xəbərlər

Xəbərlər 19 Oct 2022
ADNSU ilə Orta Doğu Texniki Universiteti bərabər kadr hazırlığı həyata keçirəcək

Orta Doğu Texniki Universitetinin (OTDÜ) rektoru, prof. Mustafa Verşan Kökün dəvəti əsnasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, prof. Mustafa Babanlı və rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 18-də OTDÜ-də olub. Hər iki ali təhsil müəssisəsinin rektorlarının görüşündə onların rəhbərlik etdiyi universitetlər arasında mövcud olan ikili əlaqələrin indiki vəziyyəti və gələcək prespektivləri müzakirə edilib. Xüsusilə
bərpa olunan enerji, Kiber təhlükəsizlik və Qaz-neft sahəsində ikili əlaqələrin gücləndirilməsi və bərabər kadr hazırlığı məsələləri müzakirə edilib.

3-5 noyabr tarixində OTDÜ və ADNSU təşkilatçılığı ilə Bakıda məruzələri Web of Science indeks bazasında dərc olunacaq “ThEOR 2022-Thermal Methods for Enhanced Oil Recovery” adlı beynəlxaq elmi konfrans keçiriləcək. Görüşdə konfransın təşkilati məsələləri də rektorlar tərəfindən geniş müzakirə edilib.


Paylaş