Türkiyədə səfərdə olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, prof. Mustafa Babanlı və rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 18-də Ankara Universitetində rektor, prof. Necdet Ünüvar ilə görüşüb. Görüş zamanı universitetlər arasında ikili əlaqələrin indiki vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Xüsusilə Kompyüter mühəndisliyi, Kimya mühəndisliyi və Kiber təhlükəsizlik sahəsində ikili əlaqələrin gücləndirilməsi, bərabər kadr hazırlığı məsələləri, məqsədli elmi layihələrin işlənib hazırlanılması və transfer texnologiya mərkəzləri arasında əlaqələrin qurulması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.