Oktyabrın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elm və Təhsil Nazirliyinin “SABAH qrupları” layihəsi və SABAH.academy əməkdaşlığı çərçivəsində “SABAH qrupları” tələbələri ilə görüş keçirilib.
Görüşdə tələbələrə qabaqcıl xarici universitetlərin mütəxəssisləri tərəfindən tədris olunacaq “Sahibkarlığa giriş” kursu haqqında geniş məlumat verilib.
İngilis dilində keçirilən tədbirdə ADNSU, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və BMA üzrə təhsil alan II və III kurs “SABAH qrupları” tələbələri iştirak ediblər. Görüş zamanı layihə ilə bağlı tələbələrin sualları cavabladırılıb.