×

Xəbərlər

Xəbərlər 21 Oct 2022
ADNSU-nun nümayəndə heyəti Ankarada ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı və rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 19-da ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət ediblər.

Ankarada şəhərin ən füsunkar yerində salınan Heydər Əliyev Parkında ucaldılan abidəni ziyarət edən rektor və nümayəndə heyəti abidə önünə gül dəstəsi qoyub, Ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər.

Qeyd edək ki, Ankaradakı Heydər Əliyev Parkı 2004-cü ildə salınıb. 2012-ci ildə parkda əsaslı yenidənqurma işləri aparılıb. Nəticədə bu park Türkiyə paytaxtının ən gözəl istirahət məkanlarından birinə çevrilib. Bu istirahət məkanındakı şərait - mərasim meydanı, idman meydançası, uşaq əyləncə sahəsi bütün yaş qrupundan olan şəhər sakinlərinin öz zövqünə uyğun istirahət etmələri üçün imkanlar yaradılıb.


Paylaş