Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azİİ e-Kitab Evinə “PAŞA Həyat Sığorta və İRS” silsiləsindən 10 adda 240 nüsxə kitab hədiyyə olunub. Kitablar yüksək keyfiyyətə və nəfis tərtibata malik olmaqla ölkəmizin dünyada tanıdılması və təbliği işində xüsusi yer tutur.
Azərbaycan, rus, ingilis dillərində olan kitablar Azərbaycanın tarixindən, mədəniyyətindən bəhs edir və bu kitablar Azİİ e-Kitab Evinin bazasının zənginləşməsinə mühüm bir töhfədir.