Oktyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) UniLab layihəsi çərçivəsində “Bədən dili ve Müsahibə etiketi” mövzusunda master-klass keçirilib.
ADNSU-nun Karyera və Təcrübə Mərkəzinin Daxili kommunikasiyalar üzrə meneceri Aytac Məlikovanın təşkilatçılığı ilə baş tutan master-klassda Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin şöbə müdiri Günay Rəhimova geniş təqdimatla çıxış edib.
Təqdimatda uğurlu müsahibəni şərtləndirən amillər, danışıq etiketi, təsirli və düzgün CV hazırlanması qaydaları və müsahibə zamanı işə götürənlərin diqqət etdiyi məqamlar haqqında ətraflı məlumat verilib. Həmçinin iş görüşmələrində bədən dili və nitq etiketinin xüsusi əhəmiyyətindən danışılıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.