×

Xəbərlər

Xəbərlər 25 Oct 2022
ADNSU-da Mülki Müdafiə hazırlığı hər zaman diqqətdə saxlanılır

Oktyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Mülki müdafiə və ilkin tibbi yardım” mövzusunda tədbir keçirilib. Universitet əməkdaşlarının iştirak etdiyi tədbirdə ADNSU-nun mülki müdafiə qərargahının rəisi Elşən Məmmədov çıxış edərək mülkü müdafiənin həyat üçün əhəmiyyətindən danışıb. Bildirib ki, vətəndaşların, o cümlədən universitet əməkdaşlarının təhlükəsizliyi hər zaman diqqətdə saxlanılır. Universitetin həyətində açıq havada keçirilən təlim-görüşdə fövqəladə vəziyyət zamanı hər kəsin bilməli olduğu davranış qaydaları bir daha iştirakçıların diqqətinə çatdırılıb.


Paylaş