×

Xəbərlər

Xəbərlər 27 Oct 2022
ADNSU-nun bir qrup tələbəsi mühazirə dərslərini istehsalat müəssisəsində keçib

Oktyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya texnologiya fakültəsinin (KTF)  bakalavriat səviyyəsində “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri, “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının müdiri professor Əmirov Fariz, dos.Naibova Tamilla, dos. Ağamalıyev Zaur, müəllim Ağayeva Təranə və digər əməkdaşlarla mühazirə dərslərini "MİLK PRO" müəssisəsində keçiblər.

 Əvvəlcə tələbələrə istehsal sahəsində fəaliyyət  göstərən qurğu və avadanlıqların işləmə prinispləri haqqında ümumi məlumat verilib. Tələbələrin istehsal prosesi ilə tam tanışlığından sonra onlara şirkətin bir çox məhsulları dequstasiya etdirilib.


Paylaş